Ucarda qadın qətlə yetirilib

# 21:52
14 aprel 2021

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli  bürosunun xəbərinə görə, hadisə bu  gün saat 16 radələrində  rayon ərazisində qeydə alınıb.  Ağır bıçaq xəsarətləri ilə rayon sakini, 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov  Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.  Həkimlərin səyinə baxmayaraq V. Kərimova xəstəxanada ölüb.                              

Hadisənin hansı şəraitdə baş verməsi hələki dəqiq məlum deyil.  

Qeyd edək ki, Validə Kərimova ilə Qasim Məmmədov  qeyri- rəsmi nigahda olublar. Qasim Məmmədov şübhəli şəxs qismində saxlanılıb.    

Faktla bağlı  araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR