Ermənistanla sərhəddə şəhid olan hərbçi Şəmkirdə dəfn olundu

# 18:43
18 noyabr 2021

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbçi Murad Xəlilov Şəmkirdə dəfn olunub.

APA TV-nin qərb bürosunun xəbərinə görə, şəhid anadan olduğu, böyüyüb başa çatdığı Şəmkirin Çinarlı qəsəbəsi qəbiristanlığında torpağa tapşırılıb. İlk olaraq şəhidlə evlərində vida mərasimi keçirilib. Onun cənazəsi yaşadığı evə gətirilib. Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, Şəmkir rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir. Şəhid əsgər Murad Xəlilov Çinarlı qəsəbə qəbiristanlığında dəfn olunub. Şəhidin tabutunu büküldüyü üç rəngli bayraq dəfn mərasimindən sonra atasına təqdim olunub.

Qeyd edək ki, Murad Xəlilov yaş yarımında olanda anasını itirib. Ailədə 1 bacı, bir qardaş olublar. O, 8 ay idi həqiqi hərbi xidmətə yollanmışdı.

Xatırladaq ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV. Şəmkir

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR