​​​​​​​Əsir Aqşinin anası: "Məktubu oğlum yazmayıb, onun xətti deyil"

# 16:01
27 aprel 2023

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov evə məktub göndərib.

Bu barədə AzVision.az -a əsirin anası Dürdanə Bəbirova deyib. O bildirib ki, məktub Aqşinin xətti ilə yazılmayıb. D.Bəbirova bundan narahat olduqlarını vurğulayıb:

Məktub yazılıb:

"Salam anam, atam, bacılarım. Mən burada yaxşıyam, burada heç bir problem yoxdur. Hər şey yaxşıdır. Anam mənim özünə yaxşı bax, elə bilki mən əsgərlikdəyəm, elə yolumu gözlə. İnşAllah görüşəcəyik., dualarını əsirgəmə. Sən narahat olma yoxsa mən narahat olaram. Atam ailə sənə əmanətdir. Başlarından heç bir tük əskik olmasın. Səni və sizi çox sevirəm. Mənim gözəl bacılarım, Aylinim dərslərini yaxşı oxu, qardaşın gələcək, yaxşı canım. Bacım Aysu sən ürəyini sıxma, hər şey yaxşı olacaq. Mənim gözümün ağı qarası. Hamımızı çox sevirəm. Yolumu gözləyim, gələcəm, dualarınızı səirgəməyin. Sağ olun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR