İlk ağıllı kəndin görüntüləri

# 16:59
14 avqust 2021

Ağıllı kəndin sakinlərinin 28 ildən sonra öz dədə-baba yurduna qayıdacağı günə çox az vaxt qaldı.

 

APA TV-nin yerli bürosu  xəbər verir ki, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir.

 

Prezident İlham Əliyev “Ağıllı kənd” layihəsinin təməlini aprelin 26-da qoyub. Layihə çərçivəsində ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub.  Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Artıq 200 evdən 60-dan çoxunun bünövrəsi qoyulub. İstər birmərtəbəli, istərsə də ikimərtəbəli evlərdə bir sıra ön işləri yekunlaşıb.

 

Bir neçə evdə isə daxili təmir işlərinə başlanılıb. Eyni zamanda bir sıra sosial obyektlərin, kənd üzrə inzibati binaların, o cümlədən İcra nümayəndəliyinin binasının, xəstəxana və məktəb binalarının təməli qoyulub.

 

“Ağıllı kənd” layihəsi çərçivəsində  bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Sistem müasir texnologiyalar əsasında qurulmuş bağ, tarla və fermaları özündə birləşdirəcək. Ümumilikdə isə  Zəngilanın coğrafi mövqeyinə uyğun olaraq dünyada ən son texnologiyalar və "Ağıllı kənd" sistemləri varsa, onların hamısı tətbiq olunacaq.

 

Qeyd edək ki, işlərin növbəti ilin əvvəllərində başa çatacağı planlaşdırılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR