Etirazçılar yolları bağladılar, İran bayrağını yandırdılar

# 19:32
6 aprel 2023

Aprelin 5-dən Tehranda aksiyalar yenidən alovlanıb.

Fəalların sosial şəbəkələrdə yaydıqları məlumata görə, vətəndaşların molla rejiminin son vaxtlar əhaliyə qarşı artırdığı basqılarla bağlı etirazları yenidən alovlanır.

Əhali yenidən küçələrə çıxaraq “ölüm olsun Xameneyiyə” şüarları səsləndirir.

Məlumata görə, aksiyaya həm də ölkənin dini rəhbəri Xomeneinin aprelin 4-də şairlərlə görüşündə etirazçılar və başörtüsüz qadınlar haqda işlətdiyi kəskin ifadələr səbəb olub.

Tehranın Şəhr-i Ziba bölgəsində də hökumətə qarşı etiraz aksiyaları keçirilib. Onlar aksiyanın hökumət qüvvələri tərəfindən öldürülən gəncləri anmaq üçün keçirdiklərini bildiriblər və hökumətdən insanlara qarşı qəddar davranışları sonlandırmağını istəyiblər. Aksiayalar zamanı "Xameneyi, bu qiyam sona çatmayacaq", "Bu il sistemin son ilidir", "Zalim Xameneyi səni torpağa basdıracağıq" kimi şüarlar səsləndirilib.

Aksiyalar zamanı bölgəyə çox sayda mülki geyimli polis və xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu, aksiyaçılara qarşı zor tətbiq edildiyi bildirilir.

Aksiyalar zamanı molla rejiminə etiraz edən vətəndaşlar İranın bayrağını yandırıblar. Paytaxt Tehranın bəzi küçələrində etirazçılar yolları bağlayıb, sürücülər də səs siqnalları ilə onlara dəstək olublar.

İran İnsan Haqları Təşkilatından verilən məlumata görə, aksiyalarda saxlanılan məhkumların edamı artıb. Təkcə aprelin 6-da Şiraz və İsfahan şəhərlərinin həbsxanalarında beş məhkum edam edilib ki, onlardan biri qadındır.

Məhkumların narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları qeyd edilib. Təşkilat onu da bildirib ki, cari ilin iki ay yarımı ərzində İran həbsxanalarında 138 məhkum edam edilib və bu son 8 ilin ən yüksək göstəricisidir.

Son bir il ərzində İranda 628 sünni məzhəbli etnik bəluc edam edilib və hökumət məmurları tərəfindən öldürülüb. Bu barədə Bəluc İnsan Haqları Təşkilatının son hesabatında məlumat verilib. Hesabatda İranın 23 şəhərində 182 bəlucun edam edildiyi, 446 bəlucun isə müxtəlif səbəblərdən, o cümlədən etiraz aksiyalarında iştirak etdiklərinə görə güllələnərək öldürüldüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR