İsti cənub şəhərindən soyuq şimal kəndinə köçən müəllim

# 12:17
17 may 2022

Lənkəranlı gənc müəllim Zeynəb Məmmədli 5 ildir ki, Qubada müəllimlik edir. Müəllim qarşısına çıxan çətinliklərə baxmayaraq isti cənub şəhərindən soyuq havası ilə seçilən şimal rayonuna köçərək sevimli şagirdlərinə bilik öyrədir.

 O, Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğurlu nəticə qazandıqdan sonra Qubanın ucqar Cimi kəndində müəllimlik fəaliyyətinə başlayıb.

Zeynəb müəllim deyir ki, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Cimi kəndində uyğunlaşmaq elə də asan olmayıb.

Zeynəb Məmmədli çətinliklərdən qorxmadan fəaliyyətə başlayıb. Məktəbdə qısa müddətdə şagirdlərin sevimlisinə çevrilən gənc pedaqoq kreativ yanaşmaları və innovativ ideyaları ilə də özündən söz etdirməyi bacarıb. Dərsdən kənar vaxtlarda o, şagirdlərini müxtəlif tarixi yerlərə aparır, əyləncəli oyunlar oynayırlar. Onların hər birinə əyləncəli şənliklər təşkil edir.  

Zeynəb müəllim dərsdən sonra məişət işləri ilə də məşğul olur. Kənddə tək yaşadığından bulaqdan su gətirmək, yemək hazırlamaq ev işlərini görmək də onun öhdəsinə düşür.  Boş vaxtlarında isə öz ixtisası üzrə biliklərini daha da təkmilləşdirməyə çalışır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR