Evdə baş verən güclü yanğın belə söndürüldü - HADİSƏ ANI

# 12:17
18 fevral 2022

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Salyan rayonunda “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan mikroavtobusda sıxılı vəziyyətdə qalmış 1 nəfər sərnişin xilas edilib.

 

Həmçinin, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin meyiti dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa, İmişli rayonunun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlunun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR