Lənkəranda əməliyyat - 9 NƏFƏR TUTULDU

# 13:50
26 noyabr 2021

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb. 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Taris Nağızadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Araşdırmalarla Taris Nağızadənin Lənkəran şəhəri ərazisində bir evdən 600 manat pul oğurladığı da müəyyən edilib.

Bununla yanaşı, həmin şəxsin özünü tibb işçisi kimi təqdim edərək müəyyən pul müqabilində “COVID-19” pasportu verəcəyi bəhanəsi ilə bir nəfər rayon sakinini aldatdığı da müəyyən edilib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zaur Məmmədov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Aparılan araşdırmalarla onun rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində televizor oğurladığı da müəyyən edilib.

Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin rayon sakinləri Rəşad  Əliyev, Mirsadıq Ağayev, Rauf Rəsulzadə, İlqar Cahangirov, Amid Əliyev, Aytən Cəfərova və Fazil Abbasov yaxalanıb. Onlardan satış üçün hazır bükümlərdə qablaşdırılmış heroin, metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR