Evdə oturub aya 1000 dollar necə qazanaq?

# 11:01
17 yanvar 2022

Bu gün heç kimdən asılı olmadan, hansısa iş yerinə ehtiyac duymadan pul qazanacağımız sahələrdən biri də kriptovalyuta qazmaçılığıdır.

 

Bəs hazırda bir çox ölkələrdə sürətlə yayılan bu yeni iş sistemi necə qurulur? Başlamaq üçün nələrə ehtiyac var? Aylıq nə qədər gəlir əldə etmək mümkündür?

 

Süjetimiz boyunca kripto-mübadilə üzrə ekspert İsmət Xudatzadənin yardımı ilə kriptovalyuta qazmaçılığına aid bütün önəmli detallara toxunacağıq.

 

Ekspertin sözlərinə görə normal bir avadanlıq aylıq 70-90 manatla sizə 300-350 dollar civarında gəlir gətirə bilər.

 

“Hazırda kriptovalyuta coinləri yüksək riskli investisiyalardan sayılır”, - deyən ekspert çünki bazarı manikuliyativdir. Böyük investorlar tərəfindən idarə olunan, qiymət istənilən istiqamətdə gedə bilən bir bazardır.

 

İsmət Xudatzadə onu da söylədi ki, istənilən sahə kimi, bu sahədə də xüsusi risklər var.  Buna görə də kriptovalyuta qazmaçılığına yatıracağımız məbləğ itirə biləcəyimiz məbləğ olmalıdır. 

 

Ekspert kriptovalyutanın müsbət cəhətlərinin olması ilə yanaşı, mənfi cəhətlərinin olduğunuda da qeyd etdi. 

 

Mütəxəssis onu da vurğulayır ki, X coin-lərin istehsalının çətinliyi artdıqca gətirəcəyi qazanc da azala bilər. Buna görə də mədənçilik qazancları sabit qazanc sayılmır. Yəni əldə etdiyiniz gəlir gününün şərtlərinə görə daima dəyişə bilir.

 

 

Murad Umudlu

Xəyal İskəndərov

APA TV 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR