Evdən 3.5 kq narkotik vasitə və odlu silah aşkarlandı - İSMAYILLIDA
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və müvafiq sənədləri olmadan odlu silah saxlayan şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Niyaz Adıgözəlov saxlanılıb. Şəxsi axtarış zamanı ondan üç ədəd kağız bükümdə 1,6 qram qurudulmuş marixuana aşkar olunub. Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan şüşə qablarda, karton qutularda və sellofan torbalarda çətənə bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 3 kiloqram 511 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri