Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirilib
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və “Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında məşğələlər keçirilib, zirehli tank texnikalarından praktiki atışları nümayiş olunub.
Məşğələlərin sonunda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb.
Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi