Evlərdən 40 min manatdan artıq məişət əşyaları oğurlayan şəxslər saxlanıldı – ABŞERONDA
Abşeron rayonu Masazır qəsəbəsində evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə zərərçəkən Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, evə tamah niyyəti ilə daxil olan naməlum şəxslər ona xeyli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törədiblər.
Həmin şəxslər mənzildən ümumi dəyəri 22 min 530 manat olan televizor, geyim əşyaları, eləcə də, digər məişət əşyaları və 3800 manat məbləğində nağd pul oğurlayıblar. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Etibar Talıbov və Nicat Kərimov saxlanılıblar. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Adları çəkilən şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar Masazır qəsəbəsində daha 3 evdən televizor, mətbəx avadanlıqları, noutbuk, istilik radiatorları, velosiped və digər əşyalar oğurlayıblar. Etibar Talıbov və Nicat Kərimovun ümumilikdə zərərçəkənlərə 40 min manatdan artıq maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)