Əvvəl arvadını döydü, sonra dostunu bıçaqladı – ŞƏMKİRDƏ
Şəmkir sakini əvvəlcə arvadına küt alətlə xəsarət yetirib, daha sonra dostunu bıçaqlayıb.
APA TV xəbər verir ki, hadisə rayonun Morul kəndində qeydə alınıb.
Kənd sakini 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı qısqanclıq zəminində döyüb və ona küt alətlə xəsarət yetirib. Daha sonra dostu və qonşusu olan 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq zərbələri endirib. Yaralı çoxsaylı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü