FAİCƏ: İki helikopter qəzaya uğradı, ölənlər var – APA TV

# 01:22
31 avqust 2023

 

Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 18-ci aviasiya briqadasının altı zabit pilotu həlak olub. Qəza döyüş tapşırığı zamanı baş verib. Təhlükəsizlik məqsədilə hərbçilərin adları və ölüm şəraiti açıqlanmır.

Bu arada Almaniya hökuməti Ukraynaya daha bir hərbi yardım paketini təqdim edib. Kiyev "Leopard 1A5" tanklarını və "TRML-4D" hava nəzarət radar sistemini təhvil alıb. Qurğu kiçik, sürətli və aşağıdan uçan və ya manevr edən qanadlı raket hədəflərini aşkar etməyə, izləməyə imkan verir.

"Ukraynalıların tədricən irəliləməsi və üstünlük əldə etməsi onların rusları geri oturtması anlamına gəlir". Bunu NATO Baş katibi Yens Stolteneberq deyib. Onun sözlərinə görə, ukraynalılar çox ciddi şəkildə müdafiə olunan bir neçə ərazini azad edib.

“Minalanmış ərazilərin olduğu bir vaxtda Ukraynaya dəstək vermək daha vacibdir. Biz hamımız bilirik ki, şiddətli və ağır döyüşlər gedir. Ukraynalılar üçün bu asan deyil, lakin onlar irəliləyir, naliyyətlər qazanırlar” - deyə Stoltenberq bildirib.

Maraqlısı odur ki, Ukraynanın əks -hücum sürətinin bəzi müttəfiqləri narahat etdiyi bir zamanda NATO rəhbəri qeyd edib ki, ukraynalılar indiyə qədər böyük uğurlar əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR