Fazil Mustafa ikinci dəfə əməliyyat olundu

# 11:31
29 mart 2023

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”.

Bu barədə deputatın köməkçisi Əjdər Əliyev məlumat verib. O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub: “Hazırda onun səhhəti qaydasındadır”.

Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR