Kişi arvadını, onun nənəsini və özünü bıçaqlayıb

# 15:24
5 sentyabr 2022

Kürdəmirdə kişi həyat yoldaşına, onun nənəsinə və özünə və bıçaqla  xəsarət yetirib.

 

APA TV -nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində arvadı, 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb. Daha sonra Hikmət Əhədov özünü bıçaqlayıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. Hikmət Fikrət oğlu Əhədov  5 ay əvvəl Nargilə Eldəniz qızı Əkbərova ilə ailə həyatı qurub və Bakı şəhərində yaşayıblar.  İlk günlərdən ailədə münaqişələr yaranıb. Bir neçə gün bundan qabaq Nargilə Əkbərova yoldaşından xəbərsiz Kürdəmir rayonunda tək yaşayan nənəsi evinə gəlib. Bundan xəbər tutan Hikmət Əhədov rayona gələrək əvvəlcə həyat yoldaşı Nargiləyə,  sonra onun nənəsi  Kifayət Hüseyn qızı Məmmədovaya və daha sonra özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.  

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR