Fərhad Əhmədovun direktor olan qardaşı oğlu vəzifəsindən çıxarıldı
Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus “Aznar” şirkətinin rəhbəri dəyişib.
“Qafqazinfo”-nun məlumatına görə, iş adamının qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilib. Onu bu postda Zeynullah Qurbanov əvəzləyib.
Qeyd edək ki, bir müddət əvvəl “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılmışdı. Belə ki, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD-nin iddiasına görə, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb.
Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib