Fərrux dağında itkin düşən daha bir əsgərimiz: Mehman Eminov
Birinci Qarabağ müharibəsi zamanı Fərrux kənd və Fərrux yüksəklikləri uğrunda döyüşlərdə itkin düşən igid oğullardan biri də Mehman Bəhram oğlu Eminovdur. O, 1974-cü ildə Zaqatala rayonu Yeni Suvagil kəndində kolxozçu ailəsində doğulub. Eminovlar ailəsində üç qız iki oğlan dünyaya gəlib. Mehman Eminov 1991-ci ildə orta məktəb təhsilini başa vurub, təhsilini davam etdirmək üçün Zaqatala kənd təsərrüfatı texnikumuna daxil olur. Mehman həqiqi hərbi xidmətə yola düşdükdən bir neçə ay sonra Fərrux kəndi və Fərrux dağı yüksəklikləri uğrunda gedən döyüşlərə qatılıb. Elə Fərrux kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Qeyd edək ki, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Zaqatalanın Yeni Suvagil kəndi ümumilikdə 11 şəhid verib. Onlardan 8-i Birinci Qarabağ Müharibəsi zamanı, 3-ü isə İkinci Qarabağ müharibəsi zamanı şəhid olub. Birinci Qarabağ müharibəsi zamanı Yeni Suvagil kəndindən 4 nəfər itkin düşüb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?