Fevralın 1-dən koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlandı
Təhsil naziri məktəblərin yenidən bağlanıb-bağlanmayacağına aydınlıq gətirib.
APA TV-nin xəbərinə görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda deyib ki, qarşıdan Novruz bayramı gəlir, sabah axırıncı dərs günüdür: “Növbəti 9 gün ərzində olan dinamika düşünürəm ki, məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır. 9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər".
Nazir bildirib ki, fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir.
Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olub. Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Ümumi 714 işçi heyət virusa yoluxub. Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri