FHN-də beynəlxalq seminar keçirilib

# 14:54
2 iyun 2022

FHN-in Akademiyasında Akademiyanın yaradılmasının 14 illiyinə həsr olunan “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.

 

APA TV xəbər verir ki, seminarda Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Texniki Universitetinin nümayəndələri iştirak ediblər. Həmçinin tədbirə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin, eləcə də kommersiya və ictimai təşkilatların nümayəndələri və Niderlandın “Holmatro” şirkətinin regional direktoru Edvin Haarselhorst da onlayn formada qatılıb: “Seminarın keçirilməsində əsas məqsəd avtomobil təhlükəsizliyi və xilasetmə sahəsində fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələrini bir araya gətirərək onlar arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, bu sahə üzrə müsbət nailiyyətlər əldə etmiş dövlətlərin və şirkətlərin yanaşmalarını öyrənməkdir”.

 

İştirakçılar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzey ilə də tanış olublar. Sonda seminarda iştirak edənlərə sertifikat və hədiyyələr verilib.

Semral Cavad
Fariz Quluyev
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR