Xeyir şərə qarışdı: Oğuza toya gedən yüksək vəzifəli şəxs hoteldə öldü

# 19:10
27 iyun 2023

Oğuz rayonunda oteldə ölüm hadisəsi baş verib. 57 yaşlı Sübhan Quliyev iyunun 26-da Oğuzda dostunun qızının toyunda iştirak edib və daha sonra gecələmək üçün mehmanxanaya yollanıb. Bir qədər sonra o, özünü pis hiss etdiyindən otelin əməkdaşına Təcili Tibbi Yardım çağırılması üçün müraciət edib. İşçilərdən biri olan Əhmədiyyə Salamovun sözlərinə görə, otelə gələn həkimlər Sübhan Quliyevə yardım göstərib. Oğuzda dünyasını dəyişən Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin olunub və ölümünədək həmin vəzifəni icra edirdi. Sübhan Quliyevin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Vüqar Heydərov, Əhməd Fərruxoğlu. APA TV Oğuz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR