FHN-in dəvəti ilə Türkiyədən gəlmiş psixoloqlar neçə nəfərə yardım göstəriblər?
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar psixoloqlar FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.
Fövqəladə Hallar Nazirliyinin psixoloqu Brilyant Abdullayevanın sözlərinə görə, ötən ilin sentyabr ayından bu günə qədər 1583 nəfərə psixoloji yardım göstərilib:
Türkiyədən gəlmiş psixoloq İlayda Ulaş isə bildirib ki, seanslar 4-5 dəfə olur.
Qeyd olunub ki, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar FHN-in “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib