FHN-in şöbə rəisi minaya düşdü
Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Məlumata görə, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.
Süleyman Heydərovun qolundan ağır xəsarət aldığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, FHN-in kapitanı Süleyman Heydərov rayonun Baş Qərvənd kəndi ərazisində xidməti fəaliyyəti zamanı minaya düşüb.
Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?