FHN küləyin törətdiyi fəsadlarla bağlı əməliyyat görüntülərini yaydı

# 17:34
7 may 2022

Ötən gündən başlayan güclü külək nəticəsində Bakıda bir sıra fəsadlar yaranıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və dəmir parçası götürülərək təhlükə aradan qaldırılıb.

Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyü də qoparaq asılı vəziyyətdə qalıb. Bununla bağlı məlumat daxil olan kimi əraziyə xilasedicilər cəlb olunub və dam örtüyü götürülərək təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR