FHN-nin Türkiyədə mobil səhra hospitalı işə başlayıb - APA TV
Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən tədbirlər sırasına ərazidə səhra hospitalının quraşdırılması da əlavə olunub. Səhra hospitalının tibbi xidmət sferasına dağıntılar altından çıxarılmış insanlara ilkin tibbi yardım göstərmək, soyuq hava şəriti üzündən sakinlərin səhhətində yaranmış digər narahatlıqların da aradan qaldırılması, müayinə və müalicə işi daxildir. Səhra hosbitalına müraciət edən vətəndaşlara şəraitə uyğun ən yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün burada zəruri bölmələr yaradılıb. Zərurət olduğu halda, hospitalın tibbi heyəti yaralılara və xəstələrə bir neçə günlük stasionar tibbi xidmət göstərə bilər. Hospitalın qurulması başa çatan kimi, bir neçə nəfər buradakı tibbi personala müraciət edib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş mobil səhra hospitalına baş çəkib və tibbi heyətlə söhbət aparıb. Qeyd edək ki, 34 nəfəri tibbi personal olmaqla mobil səhra hospitalının 41 nəfərlik heyəti gecə-gündüz iş başındadı
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib