Marketlər bizi belə aldadaraq ildə 500 milyon manat qazanırlar

# 10:03
22 iyun 2023

“Görməmişik”, “xəbərimiz yoxdur”, “qiyməti dəyişməyi unutmuşuq”... Müştərilərin ərzaq mağazalarında, böyük supermarketlərdə vitrin qiymətləri ilə kassa qiymətlərinin eyni olmaması hallarına rast gəlməsi artıq adi hala çevrilib. Sosial media istifadəçilərinin müxtəlif marketlərdə qiymətlərlə bağlı tez-tez statuslar paylaşmaları, rəylər bildirmələri də bunu bir daha təstiqləyir. Elə həmsöhbət olduğumuz vətəndaşlar da bu cür hallarla tez-tez rastlaşdıqlarını deyirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, müasir marketlər istahlakçıların hüquqlarının ən çox pozulduğu yerdir. O qeyd edir ki, bir ildə marketlər vətəndaşları aldatmaqla təqribən 500 milyon manat qazanc əldə edirlər. Eyyub Hüseynov həmçinin bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” qanununun köhnəlməsi, müasir tələblərə cavab verməməsi biznes qurumlarına bu cür halların baş verməsi üçün şərait yaradır. Marketoloq Pərviz Əzimov deyir ki, marketlərdə bu kimi halların yaşanması market rəhbərliyinin az işçi ilə çox iş görmək prinsipindın qaynaqlanır. Lakin müştəri istənilən halda vitrində gördüyü qiyməti ödəmək haqqına sahibdir. Marketoloq məsələ ilə bağlı onu da qeyd edir ki, dünyanın tanınmış supermarket şəbəkələrində xidmətin keyfiyyətinin artırılması məqsədilə elektron qiymət tablolarından istifadə olunur. Bəs vətəndaşlar bu vəya başqa formada aldadıldığını düşünərsə, nə etməlidirlər? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak Bazarına Nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı markaetlərin qiymət siyasəti ilə bağlı təmsil etdiyi quruma çoxsaylı müraciətlər olur. Qurum rəsmisi həmçinin qeyd edib ki, istehlakçıların aldadılmasına görə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər üçün isə 4000 manatdan 6000 manata qədər cərimə nəzərdə tutulub. LƏMAN SALEHOVA ARİF ƏLİYEV KAMRAN NAMAZOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR