FHN qanunsuz aparılan tikinti işini dayandırıb
Fövqəladə Hallar Nazirliyi tərəfindən paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsi 13 ünvanında qanunsuz tikinti aparılmasına dair ehtimallar olduğu üçün əraziyə baxış keçirilib.
APA TV xəbər verir ki, baxış keçirilən zaman aydın olub ki, tikinti işlərini aparan həmin ərazidə məskunaşan Səlim dadaşov adlı şəxsdir. Ərazi hasara alınarkən 8 ədəd şam ağacı da hasarlanan ərazidə qalıb.
İlkin sorğu zamanı Səlim Dadaşov hasarlamanı ərazini abadlaşdırmaq məqsədi ilə etdiyini bildirib. Lakin, tikintiyə dair icazə sənədinin olmadığı bəlli olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tikinti işinin aparılması dayandırılıb. Hasarlanan ərazinin nə zaman söküləcəyi isə aidiyyatı qurumların yekun rəyindən sonra bəĺli olacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu