FHN Rusiyadan Şuşaya və Xankəndiyə göndərilmiş yardımı müşayiət edib
Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.
APA TV-nin FHN-ə istinadən xəbər verir ki, 22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.
Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var