Şirvanda batan 56 yaşlı kişi tapıldı
Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batan 56 yaşlı kişinin meyiti tapılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun meyiti FHN tərəfindən batdığı yerdən aralıda tapılıb.
FHN-dən APA-ya verilən məlumata görə, Təyyar Cavadovun meyiti kollektorun Salyan rayonu ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 30 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Təyyar Cavadov iyunun 12-də batıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib