FHN sel və daşqın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bəzi ərazilərdə müşahidə olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti APA xəbər verir ki, hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağmurlu hava şəraitinin iyulun 5-i gündüz saatlarında da davam edəcəyi, arabir intensiv xarakterli olacağı gözlənilir. Qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Təhlükə zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edilməsi tövsiyə olunur.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib