Bank Of Baku

FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

# 15:55
14 noyabr 2020

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Prezident Fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə, Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR