XİN: Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir

# 20:10
7 mart 2023

Azərbaycan bu həftə X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter paylaşımında bildirib.

 

O qeyd edib ki, martın 9-dan 11-dək Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilib. Builki sammit “Bugünün Dünyası: Çağırışlar və Ümidlər” adlı altında baş tutacaq.

 

“Azərbaycan bu həftə Nizami Gəncəvi Byenəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək. Azərbaycanda milli səviyyədə ehtiramla anılan böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb”, - deyə paylaşımda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR