Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

# 23:15
22 aprel 2021

Fransalı hüquqşünaslar bu gün Gəncəyə səfər edib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hüquqşünaslar Vətən müharibəsinin gedişində Gəncədə Ermənistanın atəşə tutduğu ərazilərdə olublar.

Hüquqşünaslar Yassine Yakouti və xanım Elise Arfi cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Onlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül qoyublar.

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Hüquqşünas, xanım Elise Arfi Ermənistanın Gəncədə atəşə tutduğu ərazilərə baş çəkən zaman bildirib ki, bu məsələ ilə bağlı nə edə biləcəklərinə baxacaqlar: 

“Bura gəlmişəm ki, nələr baş verdiyini öz gözümlə görüm. Bunlara qiymətimizi verəcəyik. İstərdik ki, bu məsələ beynəlxalq səviyyəyə çıxsın. Bizim məqsədimiz hər hansı hüquqi proseslərə başlamaqdır”.

Qeyd edək ki, qonaqlar bu gün Ağdamda da səfərdə olublar. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR