Futbol şərhçisi faciəvi şəkildə öldü
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla minik maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdul Rəsul oğlu Abdulov və mikroavtobusun sərnişini Elvin Rüstəmov ölüb.
Xəsarət alan digər 5 nəfər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Məlumata görə, Elvin Rüstəmov "Neftçi" TV-də şərhçi kimi fəaliyyət göstərib. O, Xızı rayonu Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi idi.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib