Gədəbəyə dolu yağdı - ELEKTRİK ENERJİSİNİN VERİLMƏSİNDƏ FASİLƏ YARANIB
Gədəbəyə güclü yağışdan sonra dolu yağıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, axşam saatlarında rayon mərkəzində və rayonun bir neçə dağ kəndlərində güclü küləkdən sonra dolu yağıb.
Məlumata görə, dolu təsərrufata ziyan vurub. Həmçinin, rayonun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Gədəbəy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasında bildirilib ki, hazırda icra nümayəndələri kəndlərə ezam olunub. Dəymiş ziyanın olub-olmaması barədə məlumat veriləcək.
Hazırda Gədəbəy rayonunda qeyri-sabit hava şəraiti davam edir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi