Gədəbəyə yağan dolu əkin sahələrinə ziyan vurdu
Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Gədəbəy rayonuna dolu yağıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Söyüdlü, Maarif, Qumlu Slaviyanka, Soyuqbulaq, Ərtəpə və Xuluf kəndlərində güclü yağışdan sonra 10-15 dəqiqə dolu yağıb. Yağan dolu kənd təsərrüfatına da ziyan vurub. Belə ki sözügedən kəndlərdə kartof, kələm və taxıl sahələrinin bir hissəsi yararsız hala düşüb.
Gədəbəy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda icra nümayəndələri dəyən ziyanla bağlı araşdırmalar aparırlar.
Xatırladaq ki, ötən gün Göygöl, Daşkəsən və Gəncənin Hacıkənd qəsəbəsinə də dolu yağıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gədəbəy
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib