Gediş haqqını almaq üçün tanışına atəş açdı

# 14:08
3 fevral 2022

Neftçala sakini tanışına atəş açıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinə fevralın 1-də Ballıcallı kəndi ərazisində Salyan rayon sakini Tofiq Fətullayev istiqamətində tüfəngdən atəş açılması barədə məlumat daxil olub.

 

Tofiq Fətullayev idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Quliyevə verdiyi 40 manat borc pulu və gediş haqqını almaq üçün onun qayınatası, Ballıcallı kənd sakini Namiq Abbasovun yaşadığı evin həyətinə gəlib. Bu zaman Namiq Abbasov xuliqanlıq zəminində Tofiq Fətullayev istiqamətində tüfəngdən atəş açıb.

 

Xəsarət alan olmayıb.

 

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Elman Quliyev və Namiq Abbasov saxlanılıb. Namiq Abbasovdan qanunsuz saxladığı “İJ-16” markalı tüfəng götürülüb.

 

Davam etdirilən tədbirlərlə Elman Quliyevin yaşadığı evə baxış zamanı oradan heroin aşkar edilərək götürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR