Gələn ay ardıcıl 4 gün iş olmayacaq

# 13:52
28 iyun 2022

İyul ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

 

APA TV xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

 

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

 

Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR