Gələn ay əsgər gedəcəkdi, dənizdə batdı
BDU-nun nəzdində olan İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Universitetdən APA-ya verilən xəbərə görə, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib:
"O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub. Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk", - deyə universitetdən bildirilib.
Qeyd edək ki, əslən Ağsudan olan Səfər, gələn ay hərbi xidmətə yollanmalı idi.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi