Gələn aydan yeni sayğaclar gəlir

# 15:21
12 may 2023

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

Aksiyada "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların Tətbiqi, İdarə Olunması və Nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib ki, növbəti aydan məişət tipli qaz sayğaclarına olan tələbat yerli istehsalın hesabına təmin olunacaq.

O qeyd edib ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması üçün 2021-ci ilin noyabr ayının 4-də  “Azəriqaz”la “Gəncə Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında memorandum imzalanıb.

R.Məhyəddinov əlavə edib ki, 2023-cü ilin may ayında “Azəriqaz” məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlayıb.

Onun sözlərinə görə, “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR