Gələn il əmək pensiyalarının nə qədər artacağı AÇIQLANDI
Gələn il əmək pensiyalarının proqnozlaşdırılan orta aylıq məbləği məlum olub.
APA TV-nin xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.
Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ildə 302,24 manat, 2021-ci ildə 331,75 manat, 2022-ci ilin ilk yarımilliyində 367,98 manat təşkil edib, bu ilin sonuna isə 369,4 manat təşkil edəcəyi gözlənilir. 2023-cü ildə isə əmək pensiyalarının orta aylıq məbləğinin 52,6 manat və ya 14,2 faiz artaraq 422 manat təşkil edəcəyi proqnozlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək