Gənc oğlan parkda qayçı ilə sinəsindən vuruldu - AZƏRBAYCANDA
Balakəndə istirahət parkında 18 yaşlı gəncə qayçı ilə xəsarət yetiriblər.
APA TV-nin məlumatına görə, hadisə Balakən şəhər istirahət parkında baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Elnur Qazaxov aralarında yaranan şəxsi münaqişə zəmnində həmyerlisi 2004-cü il təvəllüdlü Vasif Novruzova qayçı ilə xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Qazaxov polis əməkdaşları tərəfindən saxlanılıb. Vasif Novruzovun müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi