Gəncə sakinində silah və narkotik aşkarlandı
Gəncə sakinində silah və narkotik aşkarlanıb.
APA TV-nin yerli bürosundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Xəyal Talıbov saxlanılaraq, RPİ-nə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 50.76 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
Bundan əlavə saxlanılan şəxsi yaşadığı evinə baxış keçirilən zaman ordan bir ədəd sənədi olmayan tüfəng aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu