Gəncə sakininin evi yandı
Gəncədə yanğın hadisəsi baş verib. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Xatirə Qəhrəmanovaya məxsus fərdi yaşayış evin mətbəxində və vanna otağında yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu,
APA TV,
Gəncə
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib