Gəncə terroru: 1 mülki şəxs həlak oldu, 30 nəfər yaralandı

# 18:55
4 oktyabr 2021

Bu gün Gəncəyə ilk raket atılan gündən bir il keçir.

APA TV-nin yerli bürosu xəbər verir ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilib. Bu hücumda 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.

Vətən müharibəsinin 8-ci gün idi. Hər kəs cəbhədən gələn şad xəbərlərə sevinərkən, düşmən oktyabrın 4-ü səhər saatlarında həmişəki kimi öz çirkin əməllərini yerinə yetirdi. Gəncə şəhərini ağır artilleriyadan atəşə tutuldu. Şəhərin Əziz Əliyev prospekti 136 saylı evin düz qarşısına düşən raket böyük dağıntılar törətdi. Həmin ünvanda yaşayan ailənin qızı Pərvin Qasımova aldığı yaralardan gözlərini itirdi. Onun anası və iki az yaşlı körpəsi dağıntılar altından sağ çıxarılsalar da, həm psixoloji və də mənəvi zərbə aldılar.

Nüsrəddin kişi evə qayıdanda evlərinin uçduğunu görür, ailə üzvlərinin xəstəxanaya yerləşdirildiyinin xəbərini alır. Bu raket zərbəsi Pərvini təkcə dünya işığına həsrət qoymayıb. Həyat yoldaşı ilə yollarını ayıran Pərvin keçirtdiyi sarsıntıdan indi nəinki öz evlərinə, heç Gəncə şəhərinə də qayıda bilmir. O Bakıda qohum evinə sığınıb.

Həmin gün raket zərbəsindən Tunar Əliyev həyatını itirib. Tunar özünə məxsus maşınla Əziz Əliyev prospektinə ilə hərəkətdə olan zaman raket vannası avtomobilinə dəyib. Elə hadisə yerində dünyasını dəyişib. Tunar Əliyev Gəncənin ilk mülki şəhididir.

Tunarın atası deyir ki, raket düşən əraziyə gəldim, amma hüquq mühafizə orqanları təhlükəsizlik baxımından məni əraziyə buraxmadılar. Hadisədən bir qədər sonra oğlumun avtomobilini internetdə gördüm.

Şəhər sakinləri deyir ki, raket düşən zaman hamı çöldə idi.

Həmin gün Gəncə şəhəri bir neçə raket zərbəsinə məruz qaldı. Raket düşən ərazilərindən biri də Əli Nəzmi küçəsidir. Həmin vaxt hər kəs ilk raket düşən əraziyə çatmağa can atırdı.

İnsanların çoxu burdan bir neçə küçə aralı ilk raketin düşdüyü yerə toplaşmışdı, ikinci raketin zərbəsindən Əli Nəzmi küçəsində evdə olan yaşlılar və qadınlar xəsarət aldı. Onların arasında 77 yaşlı erməni əsilli Karina Qriqoryan da var idi. Bununla ürəyi soyumayan düşmən növbəti gün eyni saatda Gəncəni yenidən hədəf alır. Bu dəfə şəhərin mərkəzi bazarına atılan raket dağıntılar törədir. Xoşbəxtlikdən bazar düşən raket zamanı  ölən olmayıb.

Həmin gün Tariyel Şahverdiyevin Türkiyə kanalına verdiyi müsahibə onu bütün dünyaya tanıtdı.Azərbaycan ordusunun cəbhədəki hər uğurlu əməliyyatının qarşılığında ermənilər Gəncəni nə qədər hədəfə alsalar da, xalqın əzmini qıra bilmədilər. Qarşıda isə böyük zəfər var idi.

 

Fuad Naizmoğlu,

Mehdi Məmmədov,

APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR