Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb – APA TV
Gəncədə qətl hadisəsi baş verib. Hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Olay yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub. Qardaş bacısını instaqramdan istifadə etdiyi üçün bıçaqlayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 21 yaşlı Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı 22 yaşlı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, Əli Allagverdizadə hərbçidir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu