Gəncədə bir ailənin iki üzvü məsuliyyətə cəlb olundu

# 19:47
4 sentyabr 2021

Yaşayış yerini tərk edən bir ailənin iki üzvü məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində  koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayevin və onun həyat yoldaşı Sadəgül Qocayevanın ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək   yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR