Gəncədə minik maşını ağaca çırpılıb
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi