Gəncədə minik maşını aşdı, bir nəfər həyatını itirdi
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 21 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin yolda əvvəl də qəzalar olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu