Gəncədə narkotik saxlayan şəxslər tutuldu
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarında şəhər sakini Ceyhun Paşayevin qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq Polis İdarəsinə gətirilib. Şəxsi axtarış zamanı Ceyhun Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Keçirilən digər bir əməliyyat nəticəsində Tofiq Abdullayev də saxlanılıb. Onun üzərindən 460 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib